Alverçi deyiləm, öz maşınımdır və sənədləri öz adımadır!
Maşını 2007-ci ildə Almaniyadan şəxsi istifadəmiz üçün gətirmişik. Həmin tarixdən 2-ci maşın kimi istifadə olunub. Hazırda gündəlik maksimum 15-20 kilometr iş və ev arası sürülən maşındır. Yürüş original 20700-dir, istənilən yerdə yoxladıla bilər.
Maşının zərbəsi qəti olmayıb, rənglənməyib, heç bir detalı dəyişdirilməyib. Necə deyərlər "100% BEZKRASKA VƏ ZAVODDUR". Onu da istənilən yerdə yoxlada bilərsiz. Salonu da maşının xarici kimi səliqəlidir. Mebel hissələr cızıqsız, dəri oturacaqlar zədəsizdir. Oturacaqların isidilməsi və soyudulması, həmçinin kondisioner tam qaydasında işləyir.
Periodik baxımları vaxtı-vaxtında edilib, bütün qulluqları lazımi qaydada olunub.
Paduşkalar yeni və originalı ilə əvəz olunub, qarantiyası var. Barabanlar və naqlatkalar originalları ilə əvəz olunub, dəyişdirildikdən sonra cəmi 3000 km sürülüb.
Benzin nasosu ən bahalı və originalı ilə əvəzlənib, tam səssiz işləyir.
Antifriz və matorun yağı 206000 kilometrdə dəyişdirilib.
Maşında olan digər funksiyalar və görülmüş işlər barədə ətraflı telefonda soruşa bilərsiz. Son qiymət maşının yanında danışılacaq, odur ki, çox xahiş edirəm telefonla qiymət müzakirəsi etməyək.
Maşın baxımlı və təmiz maşındır. Özünə əldən düşmüş, lakin qiyməti ucuz maşın axtaranlar bu elandan yan keçə bilərlər.
Maşın Şəmkir şəhərindədir.
Təşəkkür edirəm!