Avtomobili 4 ilə yaxındır gündəlik sürürəm. Ölkənin hər yerini gəzmişəm və heç vaxt yolda qoymayıb. Satmağımın yeganə səbəbi xaricə köçməyimdir.
Aldıqdan sonra original turbo 2.8 dizel az sürülmüş motorla, intercooler-i ilə birlikdə, dəyişdirmişəm.
Demək olar ki bütün "xodovoy" hissələrini yeniləmişəm. Karopka, razdatka əladır. Radiatorlar yaxşıdır. yağı (mühərrik, sürətlər qutusu, razdatka) filterləri yeni dəyişib. Əyləc nakladkaları yaxşıdır.
Bir çox detallarını original detallarla əvəzləmişəm. Kondisioneri demək olar ki yenidən yığdırmışam. Çox yaxşı işləyir.
Salon dəridir.
Təkərlər Goodrich-dir və azı 2 il ömrü qalıb.
Vuruğu yoxdur və qəzada olmayıb. Buferləri əzilib, düzəltdirmişəm.
Qiymətdə yüngül güzəşt edə bilərəm.