Avtomobil əla vəziyyətdədir. Sadə komplektasiyadır.
6 ildir bizdədir. 265 min KM yol gedib. Motorun və karobkanın yağı, motorun iç remeni, əyləc bəndləri, apornular yenicə dəyişdirilib. Hal hazırda avtomobildə heç bir problem yoxdur. Udar olmayıb avtomobildə. Heç bir hava şarı atmayıb. Ön və arxa bufer rənglənib. Amerikadan sol arxa qapı zədəsi ilə gəlmişdi. Qapı yeni və orginalı ilə əvəz olunub.
Bundan başqa avtomobilə android monitor quraşdırılıb, alətlər paneli yeni fusionlarınki ilə əvəz edilib, videoregistrator quraşdırılıb. Zavod alətlər paneli və monitoru üzərində veriləcək. Buferlərdə balaca kosmetik işləri var, bizi narahat etmədiyi üçün yenidən rənglətməmişik.
Təkərləri yeni kimidir. Mövcud bütün funksiyalar işləkdir.
Avtomobil şirkətin adındadır və həm nağd, həm də köçürmə yolu ilə satılır.
Xahiş edirəm yeni avtomobilə uyğun suallar verməyin.
Qiymətdə cüzi endirim mümkündür. Lakin kosmik endirim üçün lütfən narahat etməyin.
Barter yoxdur, kreditə özünüz sala bilərsiniz.