1 ildir sürdüyüm maşındır. Çoxda məmnunam, daha yeni model avtomobil almaq üçün satıram.
Heç bir xərci yoxdur, mən 95 ilə daim sürmüşəm, lakin servisdə almazdan qabag və getdiyim zamanlarda çox Malibu sürücüsü ilə danışmış və görmüşəm, 300 000 km üzəri 92 ilə sürənlər var və heç bir problem yaşamayıblar. Mən sadəcə hər zaman 95 istifadə etmişəm.
Maşını 2 həftə öncə həm motor həm karobkya yağı dəyişdirmişəm, və ümumi yoxlatmışam, heç bir sorun yoxdur kim harda istəsə yoxlatdıra bilər.
Arxası Audi stoplar, RS bufer və spoiler ilə yığılıb, ksenon ağ işıqlar ilə quraşdırılıb.
Ümumi olaraq Malibu ideal maşındır, həm görünüş, həm sürət həm rahatlıq, hər barədə çox ideal maşındır.
Tələsərək satmıram, bəyəndiyim üst model yeni maşın almaq üçün satıram. Əgər məsləhətli, ideal bir maşın əldə etmək istəyən varsa, buyursun.
Maşın Amerikadan gəlib, aldığım adamnan yoxlatdırıb almışdım, sol krıloda kiçik bir vuruğu olub, başqa heç bir udarı olmayıb.
CarPlay mövcuddur, sadə salondur, ən idealıda elə sadə salonlardır.
Maşını nömrəsiz satıram.