BMW E39 Yaponka! 2000ci il, 2.5 motor, qoşa vanus M54. Original M buferlər, 17' M çatsız svarkasız disklər, cırıqsız söküksüz zavod M oturacaqlar, M qatlanan yan güzgülər. Original probeq. Sənədləri qaydasındadır, sığortası var, texniki baxışı yenidir.
Motor əla vəziyyətdədi,yalansız dolansız yağ yeməyi 5000ə yarım litrdir, bu da normaldır. Yağ dəyişmədə daima Meguin High 5.40 işlənib. Antifriz daim Swag ilə yenilənib. Karobka əla, xodovoy əla!
Maşın qəti udar görməyib! Yüngül vuruğ, sürtük olub,kraskalanıb. A'dan Z'yə qarışıq 5minə yaxın pul qoymuşam. Bütün vacib detalları keyfiyyətlisi ilə əvəz olunmuşdur. M54B30'dan fərqlənmir!
100'ə şəhəriçi 10-11 L, trasda 7-8 L içir.
Peredok,rulavoy,amortizatorlar yaxşıdır. Şüşə endirib salanlar hər biri işləyir. Lyuku var. Kalonkaların hamısı zavoddur və xırıltısız işləyir.
Təkərlər təzə kimidir. Monitoru, faraları,lampaları hamısı əla. Baqajda BBS bassaviki var.
Alverçilər və təzə maşınmış kimi hər nöqtəsinə baxıb mızmızlanan boşboğazlar narahat eləməsin! Təcili satdığım üçün bu qiymətə qoymuşam! Vaxtilə özüm axtaranda bu qiymətə belə E39 yox idi. Bilən bilir yaxşı və dolu E39 bazar qiyməti 15-16min azndir. Uzun sözün qısası işimlə bağlı təcili satıram. Telefonda qiymət söhbəti etməyin, ciddi alıcıya maşının yanında cuzi endirim edəcəm. Maşına həftəiçi axşam, 6-bazar günboyu Qaraçuxur'da baxa bilərsiniz. Gələn ustasıyla gəlsin. Allah xeyir eləsin.