Avtomobil ideal vəziyyətdədir. Şəxsi avtomobilimdir. Makler deyiləm. Satmağa səbəb yeni maşın almağımdır. Zərbəsi, dəyişən detalı yoxdur. Maşın bu ilin iyun ayında xüsusi servizdə tam (disklər daxil) rənglənib (asvejit olunub). Buna səbəb pandemiyada küçələrə tökülən dərmanların kraskanı məhv etməsi idi. 12 ildir avtomobil məndədir. Sürülmüş və yüksək həvəslə baxılmış maşındır.
Karobkanın yağı bu ilin iyul ayında bublikqarışıq dəyişilib, Mator 2022-ci ilin yanvar ayında kökündən orijinal detallarla tam şəkildə yığılıb. Mator və Peredok sisteminə daima JDM servisde Fuad usta nəzarət edir. Daima 5/40 Liqui Moly yağından istifadə olunur. 5 ədəd yeni təkər, yeni Rols Roys Çexolları vurulub maşına. Maşın iyul ayında matorxanaqarışıq ximçistka olunub. Kondisioner sistemi xüsusi buxarla təmizlənib.
Monitorunda 10 dənə problem işığı yanan bəzi Lancerlərlə bir tutmayın. Bütün funksiyaları işləkdir. Aerobaklar açılmayıb. Göz bəbəyim kimi qorumuşam bu maşını. İstənilən servizdə istənilən ustanın yanında yoxlatdıra bilərsiniz. Qiymətə endirim maşının yanında olacaq. Təşəkkürlər!