Avtomobil 2020ci ilin iyul ayında tərəfimdən rəsmi dilerdən alınıb vəyalnız özüm idarə etmişəm. Əsasən (95 %) Bakı şəhərində istismar olunur. Rəng dəyməyib, detal dəyişilməyib. Ön və duman əleyhinə faralara, qapı tutacaqlarına, salon qapılarına daxildən qoruyucu plyenka çəkilib. Komplektasiya Anbiance+.Full komplektasiyadan fərqli yalnız açarsız daxilolma və start stop funksiyası yoxdur. Qarantiya müddətintində rəsmi servisdə, sonradan Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən "VAQ Service"də reqlamentə uyğun qulluq olunub. Rəy almaq üçün servis direktoru Oqtay müəllimlə əlaqə saxlaya bilərsiniz. Avtomobil yeni alana bir il müddətində həmin servisdə ödənişsiz texniki xidmət göstəriləcəkdir. Avtomobilin 2025-ci ilin iyul ayınadək Kasko sığortası mövcuddur, alınandan həm evdə həm də işdə olarkən qapalı qaraj şəraitində saxlanılıb. Qovulmayıb, salonda siqaret çəkilməyib.