Maşını ABŞ-dan özümüz gətirmişik, cüzi kosmetik və ön podpres istisna digər heç bir xəsarəti olmayıb (maşının ABŞ-dakı vəziyyətini görmək üçün VIN-kod ilə baxa bilərsiniz. yaxud - link: Azərbaycana gətirildikdən sonra təməl problemləri aradan qaldırılıb. 2021-ci ildən bizdədir və vurğu zədəsi yoxdur. Hazırda sürülən müddətdə baş vermiş sadəcə bəzi kiçik zədələr və kosmetik əl gəzdirmə yaxud hər hansısa kiçik detal dəyişikliyi ehtiyacını nəzərə alaraq alan şəxs üçün 1000-1500 AZN endirim edərək hazırkı qiymətə satışa qoyuruq. Yəni, maşını alan şəxs üçün başından bu endirimi tətbiq edirik. Maşının təkərləri yeni alınıb (Lassa marka), akkumlyator yeni qoyulub. Qeyd edilən kimi sadəcə bəzi kosmetik (palirovka və s. kimi) yaxud kiçik xərclər tələb oluna bilinər və onu da alıcı üçün qiymətdə nəzərə almışıq.