Həvəs üçün ikinci maşın kimi alınıb və çox səliqəli sürülüb. Bütün funksiyaları işləkdir. Bu modellər Türkiyədə "əfsanə kasa" adlanır, çox dözümlü maşındır. Bütün ehtiyat hissələrini asanlıqla tapmaq olur. Son 8 ilin bütün texniki qulluq tarixçəsi var. Noyabr ayında motor və sürətlər qutusu yağı dəyişdirilib. Əyləc bəndi yeni dəyişdirilib, təkərlər təzədir. Texniki baxışdan 2024-cü ilin Avqusutunda keçib. Sığorta edilib.1.3 L sadə karbüratorlu mühərrikdir. Arxa görüntü kamerası var.