Hər kəsə salam.
Maşın 2013 cü ildən məndədir. Gündəlik evdən işə, işdən evə sürülən maşın olub, daima qaraj şəraitində saxlanılıb. Amerikankadır və tam full versiyadır. Amerikadan sifarişlə gətirilib, auksion maşını deyil, vuruğu və ya dəyişən detalı yoxdur. Salon təmiz dəridir, 6 pilləli avtomat 4 pilləli mexaniki sürətlər qutusu var. Disklər 17 likdir, ön oturacaqların 3 pilləli isidilməsi və 3 fərqli yaddaş paketi və s. funksiyaları var. Təkərlər də yeni dəyişilib. Ilinə görə cüzi kosmetik xərcləri var təbii ki. Bu model haqda məlumatı olanlar da bilir ki, 3.2 ən problemsiz motordur. VIN kodu da təmizdi. Probeqi ilinə görə normaldı, illik maksimum 17-20 min km sürülüb, yəni çapılmış maşın deyil, gündəlik ailə maşını olub. Hal-hazırda yeni maşın almışam deyə satıram. Maraqlanan şəxslər səhər saat 10 dan axşam 9 a qədər zəng edə bilərlər. Cüzi endirim ancaq maşının yanında danışılacaq, bikar adamlar zəng edib narahat etməsin zəhmət olmasa.