Maşın özümündür 2020-ci ildə -auksiondan udmuşuq Azərbaycanda ilk və tək sahibiyəm. Alınan gündən də özümdə olub. Yağ azaltması 5000 km 1 litrə qədər azaldır. Maşın tam rənglənib zbor. Rənglənməsi uğurla alınıb. Kraskası yaxşı görünür. Tək dəyişdiyim detal kapotdur o da özümdədir. Balaca əzik və aliminium material olduğu üçün dəyişdirdim. 165 min mildir. Vin kodunu da paylaşmışam. Vinində güzgü qırığı bufer əziyi görünür. Kondisioneri buz kimidir, peçi də işləyir. Manitor 5 düymədir. Arxa kamerası səs akustikası zavod nə qoyubsa odur hamısı əla vəziyyətdədir. Öz salonu isə ağ parçadır dəri deyil. ABS lə bağlı heç bir problemlə rastlaşmamışam. Maşın taksi maşını deyil. Alan adam hər bir halda qeyd etdiyim bütün nüansları istədiyi yerdə yoxlada bilər. Usta tərəfindən görünən bütün xərcləri ya qiymətdən çıxacam ya da yerində düzəltirib təhvil verəcəm. Xahiş edirəm qeyd olunan məlumatlar üçün zəng edib təkrar sual verməyin işlə bağlı cavab verə bilmirəm.