Salam. Avtomobili 3 il əvvəl Amerikadan gətirtmişəm. Ən yüksək komplektasiyadır. Dəri salon, JBL, açarsız daxilolma, yağış sensoru, ön duman işıqları, ksenon fara, sərnişin qapısında mərkəzi kilidləmə və s. Zərbə və vuruğu yoxdur. Hava yastıqları heç vaxt atmayıb və zavod təchiz edəndir. Kalifornia maşınıdır, altında zərrə qədər paslanma və çürük yoxdur. Heç bir problemi yoxdur. Salon olduqca səliqəlidir. Qabaq sağ qanad dəyişilib. Başqa dəyişən hissə yoxdur. Əyləc mayesi, antifriz yayda dəyişilib. Sürətlər qutusunun yağı dəyişilib. Mühərrik yağı yalnız Amsoil 5W30 tökülüb. Kondisioner, soba işləkdir. Ehtiyat təkəri və açar dəsti orijinal yerindədir. Alışdırma şamları yenicə dəyişilib, zaslonka yuyulub. 2025 yanvar ayında sığorta və texniki baxışdan keçib. Yürüş orijinaldır.