İstehsal tarixi – 2017-ci ilin noyabr ayı. Avtomobili 2021-ci ildə ABŞ-da hərracdan alaraq gətizdirmişəm. O vaxtdan yalnız mənim sahibliyimdə olub. Yaxşı vəziyyətdədir, heç bir problemi yoxdur. Çox səliqəli idarə olunub. Şəhərdə istifadə üçün ideal variantdır. Demək olar ki, yarım-elektrik avtomobildir. Adi 220 volt rozetkadan batareyası 2-2,5 saat ərzində tam şarj olunur və həmin elektriklə 40-50 km məsafəni qət edir. Daha sonra isə adi hibrid rejimində işləyir. Adam yanacaq-doldurma məntəqəsinə girmək üçün darıxır. Mühərrik sadə atmosfer (turbo deyil), 2 litr, oktan tələbi – 92-dir, lakin həmişə 95 oktanlı benzindən istifadə etmişəm. Orijinal yürüş. Təhlükəsizlik yastıqları açılmayıb.
Adapter üstündə verilir. Avtomobil nömrəsi ilə birlikdə satılır.
Komplektasiya:
- Açarsız daxilolma (keyless)
- Açar yanında olmayanda parol ilə avtomobilin qapılarının açılması (“domofon” adlanan funksiya, açar başqa yerdə olduğu halda qapıların və baqajın kod ilə açılması)
- Mühərrikin uzaqdan işə salınması
- Ön oturacaqların elektrik tənzimlənməsi və qızdırılması
- Start/stop
- Memory paket
- Full led faralar
- Dəri sükan
- SYNC 3 monitor, Android Auto və Apple CarPlay dəstəklənir
- İkiqat şüşələr
- Təkərlərin təzyiqi datçiki
- Michelin təkərlər və sair