Avtomobili 2013-cü ildə gətirilib. Ailədə başqa maşın olduğundan və işimdə xidməti maşın olduğundan çox az sürülür, qarajda saxlanılır.
Avtomobildə hər birşey işlək, içərisi, çölü çox səliqəli vəziyyətdədir.
Mütəmadi dəyişdirilən ehtiyyat hissələri yalnız Mercedes-in orijinal detalları ilə əvəz olunub. Üstündən çıxan hər bir detal alındığı orijinal qutunun içərisində saxlanılıb.
Diskləri 2015 model GL-dən çıxarılan orijinal disklərdir.
Salonunda android monitordur hazırda. Zavod monitoru da qalıb, üstündə veriləcək.
2-ci açarı var.
Oturacaqları nadir modellərdə olan zavod dəri, alkantar (dərinin əks tərəfi) kombinasiyalıdır, salonda mebel materialı olmadığından daha fərqli və üstün görünüşü var.
Vuruq, udar olmayıb.
Motor, sürətlər qutusu əla vəziyyətdədir, zavod tələbi olan orijinal yağ və filtirlərdən istifadə olunub.
Faralarına və salondakı düymələrinə qoruyucu şəffaf vinil vurulub alınan gündən. Salonun aşağı hissələrinin korlanmaması üçün vanna formalı ayaqaltılar qoyub, orijinal ayaqaltıları da qalıb, veriləcək. Heç bir cızıq, sınıq detalı, yaddaşda xətası yoxdur.
Harda istəsəniz yoxlada bilərsiniz. Nömrə ilə birlikdə satılır.