Maşının heç bir problemi yoxdur. Uzun müddətdir məndədir ancaq işə evə sürmüşəm, bəzi hallarda rayona. Bütün xərclərini ödəmişəm, maşına servisdə qulluq olunub. Bilənlər bilir bu maşınlarda karopka əsas məsələdir, karopkasının yağını 3 ay qabaq dəyişdirmişəm çıxarılıb yerə qoyularaq, karopkanın içərisini təmir etdirmişəm, bubliki dəyişidirib yenisini qoydurmuşam ona görə karopkada vurma, titrəmə, əsmə qətiyyən yoxdur və 150000 km qarantisi var, yağını yeni dəyişmişəm hələ 5000 km var, sığorta yeni olunub, 1 ay əvvəl orijinal sveçalar qoydurmuşam, babinləri dəyişdirmişəm, 15-20 gün əvvəl yeni akkümliyator qoydurmuşam üstünə. Təkərləri yeni kimidir michelin modelidir. Bir sözlə maşında heç bir problem yoxdur, bircə cüzi kosmetik işləri var vəssalam. Sərfiyyəti olduqca ekonomdur. Satmağıma səbəb işimlə əlaqəlidir, bir neçə aylıq rayona ezam olunduğum üçün satıram. Xahiş edirəm real alıcılar yığsın.