Maşın 2018-ci ildə Koreyadan gətirilib (auksion maşını deyil), ölkəmizdə ilk sahibiyəm və üstündəki probeg orijinaldır. Həqiqətən yaxşı, güclü və dözümlü maşındır. Ortalama gündəlik 30 km iş-ev məsafəsi sürülüb. Texniki qulluq vaxtında edilib, əsaslı xərc tələb edən zəruri təmir işləri görülüb, yeni təkərlər və akkumulyator qoyulub. Olduqca ekonomdur, şəhərdaxili maksimum 5-6 lt, trasda isə 3-4 lt dizel istifadə edir. Qutu kimi sağlam avtomobildir və xərc qoyulmadan rahatlıqla uzun illər sürə bilərsiniz. Kuzovun bəzi hissələrində kosmetik rənglənməyə ehtiyac var, onu da real alıcı ilə qiymət üzrə razılaşa bilərik.