TƏCİLİ Satılır! DİZEL Hyundai Santa Fe 2009 model.
Hər cəhətdən mükəmməl vəziyyətdədir.
2.0 dizel motor — güclü, sərfəlidir və heç bir problemi yoxdur.
Avtomobilin hər bir hissəsi yüksək səviyyədə işləkdir, texniki baxımdan heç bir narahatlıq yaratmaz.
Mühərrik və Texniki Baxış:
Bacarıqlı ustaların nəzarətində texniki qulluq edilmişdir.
Yağdəyişmələr zamanı bütün filtirlər orijinalı ilə dəyişdirilib.
Yüksək keyfiyyətli yağlardan istifadə olunub.
Avtomobilin bütün növ mayeləri bahalı firma məhsullarından istifadə edilərək yenilənib.
Dizel mühərrik üçün ən vacib xidmətlər görülüb: Mühərrikin sep və sep-başmağı yeni dəyişdirilib. Hava kollektoru, EGR, Samovar, Zaslonka yuyularaq təmizlənib. Akkumulyator yeni dəyişdirilib. Bahalı Alman firmasının məhsuludur.
Yanacaq filtri orijinal olaraq sonuncu yağdəyişmədə dəyişdirilib, növbəti 2-ci və 3-cü yağdəyişmələr zamanı dəyişdirilməyə ehtiyac yoxdur. Hər dəfə yanacaq əlavə olunan zaman MANNOL firmasının 9930 Dizel yanacaq qatqısından istifadə olunur ki, bunun sayəsində avtomobil ideal şəkildə sürətlənə və idarə edən zaman sürücüyə xüsusi zövq verə bilir. Kondisioner və peç tam qaydasında işləyir. Salonun havalandırılması zamanı çirkli hava kütləsinin daxil olmaması üçün bütün peç və kondisioner yolları xüsusi şəkildə yuyularaq təmizlənmişdir.
Xarici Görünüş və Əlavələr:
Təkərlərin 4-ü də təzədir — KUMHO Solus KL21 model 4 fəsil təkərlər.
Avtomobilə 4 ədəd spacer quraşdırılıb — yüksək keyfiyyətli və orijinaldır, sertifikatı belə var. Əlavə rahatlıq təmin edir.
BMW X5 dizaynlı padnoşka və bahalı PİLOT stilində dəri-kətan çexol çəkilib.
Karbon üzləmələr tətbiq olunub — maşının görünüşünü daha estetik və prestijli edir.
Açar üçün xüsusi dəmir korpuslu qab xaricdən sifarişlə gətirilib — əlavə dəyər və rahatlıq təqdim edir.
Avtomobilin bütün əlavə xüsusiyyətləri canlı olaraq göstəriləcək. (Şəkil yerləşdirmək məhdud saydadır.)
Qısa müddət ərzində təcili pula ehtiyac olduğu üçün satılır.
Real alıcıyla qiymət barədə yerində razılaşma oluna bilər.
Bütün xırdalıqları yerində görüb müşahidə edə bilərsiniz.
Şəxsi istifadəm üçün xüsusi diqqət göstərmişəm və xüsusi zövqlə hər detalı işlənilib. Daim orijinal detallardan istifadə olunub. Sənədləşmələri qaydasındadır. Dövlət qeydiyyat nişanı avtomobilin üzərində alıcısına təqdim olunacaq.
Avtomobilimə göstərdiyim yanaşmaya görə düşünürəm ki, növbəti sahibi bu kateqoriya üzrə ən gözəl seçimi edəcək!
Əlaqə saxlamaq istəyən şəxslər WhatsApp üzərindən yaza və ya qeyd olunan nömrəyə zəng edə bilərlər.
Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizin üçün ənənəvi elanlardan fərqli elan oldu.