Salam,
Maşın Amerikadan 2 aydı gəlib. Dəyişən detalı yoxdu. Orijinal probeqdi, kim harda istəsə yoxlatdıra bilər. Ölkədə 2017 ci ilin bu probeqdə maşını demək olarki yoxdu, varsa da sayılacaq qədərdi. Motor ideal, karobka ideal, amartizasiya sistemi ideal. Ayaqaltılarının zavod birkaları belə üstündədi. Mator tam səssiz, yumşaqlıq ideal. Altı üstü tər təmiz. Detallar hamısı vinkodu üstündə orijinal öz detallarıdı.Özünə problemsiz, uzun müddət ustaya getməyəcək maşın almaq istəyən buyursun. Motorun yağı yeni dəyişilib, hava filtiri, yağ filtiri, salon filtiri hamısı yenilənib. Rəngi göy metallikdi.
Maşına baxdıqdan sonra qiymətdə fantastik olmasa da, endirim etmək olar.