Maşının heç bir vacib problemi yoxdur. (Yalnız kosmetikası solub) Təmiz, səliqəli və problemsiz maşındır. Alan adam hazır oturub uzun müddət sürəcək. Çünki yenicə 0 dan mühərrik yığılıb orijinal detallar və həvəslə (ən xırdasından tutmuş ən böyüyünə kimi). QƏTİ YAĞ YEMƏSİ AZLATMASI YOXDUR!! Maşının injketorundan tutmuş elektrik işlərinə qədər hamısı görülüb. Farsunka,zaslonka,vozduxamer yenicə yuyulub, lazım olan detallar təzələnib; Şaravoy, amortizasiya paduşkalarına, nakladkalara kimi yenilənib. Maşında səs küy yoxdur, salon səliqəli, baqaj təmiz, matorxanası tərtəmiz, karopkanın və matorun yağı yeni, sığortası təzəlikcə olunub. Benzin sərfiyyatı öz zavod qaydasıyla eyni. Bir sözlə hazır vəziyyətdədir və ilinə yaşına görə əla vəziyyətdədir. Bəzi maşınların vidinə görünüşünə aldanıb sonradan özü qədər xərc qoyub maşın yığdırmaqdansa görünüşcə biraz zəif olsa da hər bir işi görülmüş hazır maşındır. Maraqlanan buyurub gəlib baxa və sürə bilər. Qiymət hər şey nəzərə alınaraq qoyulub. Telefonda qiymət danışılmır, real müştəri buyurub gəlib baxadıqdan sonra qiymətdə razılaşarıq. Bu qiymətə adama ancaq leş verirlər. Bazar qiyməti belə olduğuna görə bu qiymətə qoymuşam. Yoxsa nə maşından bezməmişəm, nə də məni incitmir. Maşına çəkdiyim xərc və baxım qoyulan qiymətdən qat qat çoxdu.