Salam, maşın 8 ildi məndədi, gündəlik sürülən maşındı. 2.3 sadə mator, lazer açar (2-ci ehtiyyat açarı da var), peçi və kondisioneri əla işləyir. Dəri salondu, üzlük çəkilib, arxa görüntü kamerası var, manitor tachscreendi, blutuzla telefon qoşulur. Təkərləri və akumulyatoru təzədi, nömrə maşının üstündə veriləcək. 1-2 xırda işləri və yüngül kasmetik işinin olmasını nəzərə alıb qiymətini münasib qoymuşam, maşına baxdıqdan sonra qiymətdə yenə də cüzi endrim etmək mümkündü. Sənədləri qaydasındadı və öz adımadı, maşına 3 saylı dost mərkəzinin (5 saylı Asan xidmətin yanı) qarşısında baxmaq olar, 1-5 ci günlər saat 9:00 - 18:00 arası burda olur maşın. Barter edilmir, ancaq nağd satılır. Xahiş edirəm ancaq real alıcı olan şəxslər əlaqə saxlasın və telefonda qiymət söhbəti etməyin, endirim maşına baxılannan sonra danışılacaq.