Ekonom, etibarlı ailə avtomobili kimi idealdır, sürətli, kompakt, komfortlu və çevikdir. Motor, ötürücü və digər hissələrində hər hansı problem yoxdur və indiyədək təmir işləri görülməyib. Batareyaları mütəmadi inspeksiya edilib və mükəmməl vəziyyətdədir.
Yalnız liqui moly 5w30 motor yağı, eləcə də Aİ 95 benzin istifadə edilib (Aİ92 ilə də problemsiz idarə edilir). Avtomobilin yüngül kosmetik işlərə ehtiyacı var. Salon yeni kimidir. Qaraj şəraitində saxlanılır.
Real nağd alış zamanı endirim olunacaq!