İdeal vəziyyətdə!!!
Maşın 2017-ci ildən etibarən ailəmizə məxsusdur və əsasən ailə avtomobili kimi istifadə olunub. Şəxsi işimlə bağlı çox az sürülüb. Texniki baxımdan ideal vəziyyətdədir: mator və karobka əla vəziyyətdədir, heç bir nasazlıq yoxdur.
Kuzovunda pas və çürük yoxdur. Heç bir kosmetik işə ehtiyac yoxdur – tam "otur, sür" vəziyyətindədir. Baxımlı və səliqəli avtomobildir.
Avtomobilin rəngi: Göy sədəfi. Gözoxşayan və nadir rast gəlinən rəngdir.
Salon isə şəkillərdə göründüyü kimi çox səliqəlidir, bu vəziyyətdə maşın tapmaq çətindir. Üstəlik, orijinal EVA ayaqaltılar quraşdırılıb ki, bu da avtomobilin təmizliyinə və rahatlığına əlavə üstünlük verir.
Sənədlər qaydasındadır və öz adımadır.
Əlaqə üçün real alıcılar 21:00-ə qədər zəng edə bilər.