Salam. Avtomobil 2020-ci ildə xüsusi sifariş əsasında Almaniyadan gətizdirilib. Azərbaycanda ilk sahibiyik.
Avtomobil ideal vəziyyətdədir. Heç bir problemi yoxdur. Demək olar ki, "bezkraska"-dır. Bir detalında cızığa görə rənglənən yeri var. Rənglənməmişdən əvvəl və rənglənmə prosesinin şəkilləri mövcuddur. Kimə maraqlı olsa göstərə bilərəm.
Avtomobilin mühərriki və sürətlər qutusu ideal vəziyyətdədir. Mühərrikdə yağ azaltmadan söhbət gedə bilməz. Mühərrikə vaxtlı-vaxtında hətta vaxtından əvvəl xüsusi qulluq olunub, keyfiyyətli yağ tökülüb. Hər yağ dəyişmə prosesində yağ filteri, hava filteri və yanacaq filteri dəyişilib.
Avtomobilin elektronikası problemsizdir. Hər bir funksiyası işlək vəziyyətdədir.
-Yağış sensoru
-İşıq sensoru
-Çox funksiyalı sükan
-Ön və arxa park radarlar
-Autopilot
-Oturacaqların elektron tənzimlənməsi və qızdırılması
-Sağ və sol güzgülərin elektron tənzimlənməsi və qızdırılması
-Sol və orta güzgünün avtomat qaralması
-Rest (Mühərrik işə salınmadan avtomobilin içinin isti saxlanılması)
-Auto Hold ... Və bunun kimi bir çox funksiyalar.
Avtomobil çox ekonomdur. Şəhərdən kənarda 100 Km/5-5,5 Litr, şəhər daxili isə 8-9 Litr yanacaq sərfiyyatı var.
Avtomobilə əlavə olaraq Android monitor və keyfiyyətli Eva ayaqaltıları quraşdırıb.
Avtomobilin təkərləri (KUMHO) və akkumulyatoru YENİDİR. Avtomobilin yeni sahibi avtomobili uzun müddət xərcsiz istifadə edəcək. Bir sözlə otur-sür maşındır. Özünə xərcsiz, problemsiz, ideal "panarama" axtaranlar buyursun.
NÖMRƏSİZ SATILIR.