Maşın 3 ildir şəxsi istifadədədir, vaxtında qulluq olunub və bu müddət ərzində heç bir ciddi nasazlıqla üzləşməmişəm.
Xadavoy hissəsi yığılıb, maşın yol tutuşu baxımından çox rahatdır.
Təkərlər yenidir, əlavə xərc tələb etmir.
Karopka yağı yaxın zamanda dəyişdirilib, sürətlər problemsiz keçir.
Motor yağı dəyişilməlidir, təzə yağla alıcıya təhvil veriləcək.
Avtomobilin görünüşündə xırda kosmetik işlər var, bu da qiymətdə nəzərə alacam.
Ümumi texniki vəziyyəti yaxşıdır, sükan arxasında özünü rahat hiss edəcəksən.