Salam. Avtomobil yaxşı vəziyyətdədir. İyun ayında razval və balans işləri görülüb, mühərrikin yağı və filtri dəyişdirilib, kondisionerin qazı və salon filtri yenilənib, icbari sığorta olunub və texniki baxışdan keçib. Avtomobilin qranatında səs var. Kosmetik baxımdan cızıqlar və xırda batıqlar mövcuddur, lakin ümumilikdə salon çox səliqəlidir. Avtomobili satmağımızın səbəbi yeni avtomobil almağımızdır. Qiymətdə böyük endirim nəzərdə tutulmur. Hal-hazırda avtomobil istifadə olunmadığı üçün qaraj şəraitində saxlanılır. Avtomobilin sahibi xanımdır, ona görə zəhmət olmasa ustanızı gətirib yerində baxış keçirəsiniz. Əlavə olaraq, şərtimiz budur ki, satış birbaşa etibarnaməsiz ada keçirilsin.