Avtomobil ideal vəziyyətdədir, “Noblesse Special” (FULL) komplektasiyadır. “Encar.com” platformasından alınıb, Koreyanın eksporta gedən, vuruq, yürüşü geri çəkilmiş avtomobillərindən deyil. Vuruğu, dəyişən detalı qəti şəkildə olmayıb. Yürüş (probeq) 1000% orijinaldır. Avtomobildə heç bir xərc yoxdur, mühərrik və sürətlər qutusu möhtəşəm vəziyyətdədir. EGR sistemi, samovar (hava sistemi) yuyulub. Qısa zaman öncə texniki baxış, sığorta olunub. Bütün filterləri, yağı dəyişilib. Avtomobilin üzərində yeni, bir ədədi 400 manat olan “Yokohama” brendinin təkərləri, “Eva” ayaqaltıları qoyulub. Avtomobildə Autohold, elektron əl əyləci, ön oturacaqların elektron tənzimlənməsi, baqajın elektron açılması və bağlanması, ön və arxa park radarları, 220V çıxışı, drive mode (sürüş modları), arxa qapılarda içdən çıxan pərdələr, arxa oturacaqların qızdırıcısı, Carplay (telefonun avtomobilin multimediasına qoşulması), bluetooth, 2 zonalı klimat kontrol və s. kimi funksiyalar mövcuddur. Avtomobilə yalnız və yalnız ORİJİNAL ehtiyat hissələri qoyulub, həmçinin yağ reqlamentə uyğun olaraq “Shell” brendindən alınır. Avtomobilin Koreyada yoxlanış videosu var. Trasda 6 litr, şəhər daxilində 10 litr yanacaq sərf edir, çox ekonom və geniş avtomobildir.