Avtomobili Amerikadan 2022-ci ildə özüm üçün gətirmişəm. Burada ilk və yeganə sahibiyəm. Maşına yaxşı qulluq olunub. Yağ, alışdırma şamları və bir çox digər ehtiyat hissələri BMW Group istifadə olunub. Orijinal M-paket diskilər (Style 351M), ön 245/40 r19, arxa 275/35 r19 təkərlər (GOODYEAR Eagle F1 Asymmetric 3). Diskilər qumlama və toz boya metodu ilə yeni rənglənib, üzərində cızıq belə yoxdur. Sep-başmaq dəsti yeni dəyişilib. Cihazlar paneli 6WA (black panel), M-sükan, tam qara salon (oturacaqlar və tavan).
119 000 km (mil deyil) yürüş. Avtomobil çox səliqəli istifadə olunub, heç bir problemi yoxdur.