Avtomobil 2014-cü ildə rəsmi dilerdən (Euro Style) alınıb və ilk sahibiyəm. Heç bir qəza keçirməyib, vuruğu yoxdur, rənglənməyib. Texniki və vizual baxımdan ideal vəziyyətdədir.
İkinci avtomobil kimi istifadə olunub, çox az sürülüb və daim qaraj şəraitində saxlanılıb. Bütün texniki baxışlar, o cümlədən yağ dəyişmələri və digər servis işləri yalnız rəsmi servis mərkəzində vaxtında həyata keçirilib. Bütün xidmətlər servis kitabçasında qeyd olunub.
Yeni ön əyləc bəndləri quraşdırılıb. Təkərlər yenidir. Avtomobilin bütün funksiyaları tam işlək vəziyyətdədir.
Əlavə funksiyalar:
Sükan döndükdə həmin istiqamətə yönəlmiş əlavə faralar yolun işıqlandırılmasını təmin edir
Oturacaqların və yan güzgülərin yaddaş funksiyası
Çox funksiyalı dəri/mebel sükan
Avtopilot funksiyası
Elektron əl tormozu "Auto Hold" sistemi ilə birlikdə