Texniki cəhətdən tam saz vəziyyətdə olan bir maşın. Qətiyyən xərc tələb etmir.
Mühərrik, sürətlər qutusu, paylayıcı qutu (razdatka) və digər hissələrində heç bir problem yoxdur. İstənilən ustada yoxlatdırmaq olar.
Modelin ən dözümlü və ən qənaətçil motoru ilə təchiz olunub (aşağıdakı rəqəmlər şəxsi təcrübə əsasında müəyyənləşdirilib):
- avtomagistralda 9.8 l/100km
- şəhəriçi/qarışıq -14.6 l/100km
Heç bir dəmir detalına rəng dəyməyib, heç bir qəzada olmayıb. Salona xüsusi qulluq olunub. 92 oktan benzinlə çox rahat işləsə də, maşında 95 və 92 oktan benzin qatışığından istifadə olunub.
Odometr göstəricisinə kənar bir müdaxilə olunmayıb (orijinal probeq).
7 yerlik maşın, ailə ilə həftəsonu səyahətlərinə çıxmaq üçün ideal bir seçimdir.
(P.S. Zənglərə gec cavab verilərsə, eyni nömrənin Whatsapp-ı ilə əlaqə saxlamağınız rica olunur)