Salam. Maşın əla, ideal vəziyyətdədir. Vaxtilə sifarişlə Koreyadan gətirilib və 2-ci maşın kimi sürülüb. Baxan adam özü də görəcək ki, həm xarici həm də salon necə vəziyyətdədir. Təzəlikcə 4 təzə təkər alınıb. Maşında çürük, paslanma, dəyişən detal, udardan, vuruqdan söhbət gedə bilməz. Motorda yağ yemə, tüstüləmə, əlavə səs yoxdur, saat kimi işləyir. Sürətlər qutusunda vurma, gecikmə yoxdur. Peredok təzəlikcə sıfırdan yığılıb, yağ sistemi hamısı yenilənib. Kondisioner buz kimi işləyir. Komfortlu, geniş və ən əsası 7 yerlikdir. Hər kəs bilir ki, 2 motor Santafenin ən sərfəli, xərc tələb etməyən komplektasiyasıdır. Maşını satışa çıxarmazdan əvvəl özüm şəxsən 10 eyni Santafeyə fiziki olaraq baxıb sonra qiymət təyin eləmişəm. Təcili satılması üçün real qiymətindən aşağı satışa çıxarmışam. Qiymət sizdə çaşqınlıq yaratmasın. Real alıcılar əlaqə saxlayıb, gəlib yerində baxıb, şahidi ola bilər.