Volkswagen Jetta 2015 SE 1.8 TSI satılır. Avtomobil tam ideal vəziyyətdədir, heç bir əlavə xərc tələb etmir. Boz metalik rəngdədir, avtomat sürətlər qutusu ilə təchiz olunub. Dəri salon, lyuk, kondisioner, kruiz-kontrol, çoxfunksiyalı sükan, elektrik paket və ştat multimedia sistemi ilə rahat və komfortlu idarəetmə təmin edir. Avtomobil raznoşiroki disk və təkərlərlə idman üslubunda görünüşə malikdir və yolda çox möhkəm dayanır. Mühərrik və sürətlər qutusu problemsiz işləyir, servisləri vaxtında olunub, texniki cəhətdən tam saz vəziyyətdədir. Şəhər və magistral yollarda həm güclü, həm də qənaətli avtomobildir.