Salam, avtomobil 2012-ci ildə alınıb. Texpasportda 2012-dir və öz adımadır. İkinci sahibiyəm və ikinci maşın kimi sürülüb. Ciddi vuruğu, udarı olmayıb. Salonu sıfırdan söküb yığmışam. Gəmi kraskası vurmuşam, təzə keçə, kovralit, linonium və ayaqaltı döşəmişəm. Səs sistemini yeniləmişəm. Bir cüt orginal osvar fara almışam. Ümumi olaraq nasaz olan hissələri yenisi ilə əvəz etmişəm. Təkərlər 1 aydır dəyişilib, texniki baxışdan təzə keçirilib. Maşın yay və qış daim qapalı şəraitdə saxlanılır. Telefonda qiymət söhbəti etməyin! Xahiş olunur, real müştərilər narahat etsin.