Salam, zənglərə baxa bilmirəm, əlaqə üçün yalnız WhatsApp-a mesaj yazın.
Maşın şəxsi avtomobilimdir, alverçi deyiləm. Gündəlik olaraq evdən işə sürülüb, rahat və səliqəli istifadə olunub. 2022-ci ildə Koreyadan gətirilib, vəziyyəti yaxşıdır.
2.0 sadə motordur, mator və sürətlər qutusunda heç bir problem yoxdur. Avtomobil ən ful komplektasiyadadır: panorama lyuk, ön və arxa oturacaqların isidilməsi, yağış sensoru, multi rul, dəri salon, panelin işıq/parlaqlıq sensoru və s. salona 350 manata firma məhsulu ambians işıqlar quraşdırılıb (bazardaki 80-90 manatlıq işıqlarla səhv salmayın).
Vuruq, udar yoxdur. Maşın boyasızdır. Yalnız sağ arxa qapıda yarım boya işi olub, başqa heç bir detalda boya yoxdur. Bir-iki xırda kosmetik nüans var, onları da qiymətdə qarşılıqlı razılaşmaq olar.
Sığorta və texniki baxış bu ilin yanvar ayında olunub. Maşın hazırda nömrəsiz satılır, istəyən olsa 77-??-670 nömrəsini 1200 AZN əlavə etməklə vermək olar.
Allah alana da, satana da xeyir versin.