Maşın 3 ay əvvəl Amerikadan gətirilib. Yüngül zədəsi olub (VIN-i əlavə etmişəm baxa bilərsiz) Ölkə daxilində çox az sürülüb, orijinal probeqdir – 86 000 mil.
Avtomobildə oturacaq qızdırıcısı, arxa görüntü kamerası və park radarları mövcuddur.
Əlavə olaraq:
Yağ yeni dəyişdirilib
4 ədəd təkər (naklatka) dəyişdirilib
Ximçistka olunub
Sığortası ilin sonuna qədər qüvvədədir
Bir sözlə, otur–sür vəziyyətindədir, heç bir əlavə xərc tələb etmir.
Real alıcı ilə yerində razılaşmaq olar, xahiş edirəm fantastik endirim təklifləri etməyin — maşının vəziyyəti və probeqi nəzərə alınsın.
Maşına iş saatlarından sonra Bravo Koroğlu filialının parkinqində baxmaq mümkündür.
Gəlməzdən əvvəl mütləq xəbər edin.