Ravon R4 – 2017 model
Maşın çox səliqəli və baxımlı vəziyyətdədir, tam problemsizdir. Mator, karopka və xodovoy hissəsi ideal vəziyyətdədir. Heç bir səs-küy, vurma, yağ axıtma yoxdur. Əyləş sür – əlavə xərc tələb etmir.
Taksi buraxılışı var (7 illik), bütün sənədləri qaydasındadır. Taksi kimi işlədilib, amma daim vaxtında qulluq olunub. Yağ və filtrlər vaxtlı-vaxtında dəyişdirilib, maşına diqqətlə baxılıb.
Salon çox təmiz və səliqəlidir, cırıq-sökük yoxdur. Kondisioner buz kimi işləyir, peç sistemi tam qaydasındadır. Oturacaqların isidilməsi var, qışda çox rahatdır. Şüşələr, elektronika və bütün avadanlıqlar işlək vəziyyətdədir.
Kuzada vuruq yoxdur, rəngi parlaqdır. Təkərlər yaxşı vəziyyətdədir. Maşın əlavə xərc tələb etmir, alıb sürmək üçün hazır vəziyyətdədir.
Üstündə gözəl, yadda qalan nömrə var. Real alıcı ilə maşının yanında razılaşmaq olar. Ciddi şəxslər əlaqə saxlasın.
Maşın həqiqətən baxımlıdır, gəlib baxan bəyənəcək.