Avtomobil ideal vəziyyətdədir. Ölkəyə yeni gətirilib. Heç bir dəyişən və rənglənən detalı yoxdur, BEZKRASKA-dır. Yürüşü Tam Originaldır və Originallığına zəmanət verilir. Avtomobil Full komplektasiyadır, Noblesse Special versiyadır. Belə ideal, kommersiyada istifadə edilməmiş Carnival hər vaxt tapmaq olmur. Texpasport 2018-ci ildir, 2019-cu il restyle modeldir. Maşının mühərriki, karopkası, xadavoyu, kuza və hər yeri super vəziyyətdədir. Heç bir xər tələb etmir. Maşının Koreyada yalnız 1 sahibi olub və şəxsi istifadədə sürülüb. Maşın heç vaxt rent a car və taksidə SÜRÜLMƏYİB. 8 pilləli sadə karopkadır, 6 pillə deyil. Maşının yürüşünə uyğun bütün servislərinin hər biri olunub, Antifreeze, Yağ və digər mayelərin hər biri dəyişib. Liqui Moly yağ tökülüb. Maşının bəzi yerlərində zavod salafanlar sökülməyib. Avtomobil çox baxımlı vəziyyətdədir. Belə Carnival hər vaxt olmur. Maşında aşağıdakı funksiyalar var:
Keyless Go & Entry
Start / Stop
Üçzonalı Klimat Kontrol
Zavod Qaşlı Adaptive LED Faralar (Yalnız Noblesse Special versiyalarda gəlir)
Zavod Blackberry dumannılar
Zavod Yan Pərdələr
Ön tərəf sərnişin oturacağının yandan idarə edilməsi (Yalnız Business Class versiyalarda gəlir)
Oturacaqların Elektronik tənzimlənməsi
Rol qızdıcı
Ön Oturacaqların hər ikisinin qızdırılması və soyudulması
Arxa oturacaqların qızdırılması
Zolaq tanıma sensorları
Kor nöqtə sensorları
Avtomatik Yan Qapılar (Knopka ilə açılıb bağlanır)
Elektron ruçnoy
Autohold
Distronik Plus (Adaptive Cruise Contol - avtopilotda öndəki maşının sürətinə görə öz sürətini tənzimləyir)
Avtodalni (Uzaq yanan işıqları özü lazım olanda yadırır və söndürür)
Drive Mode (Eco, Normal)
Multi Rol
Zavod Böyük Monitor
Zavod Arxa Kamera
Park Radar
Faraların elektronik hündürlüyə görə tənzimlənməsi və s.