Avtomobil 2023-cü ilin noyabr ayında İMPROTEX MOTORS - dan alınıb. Avtomobilin birinci sahibiyəm.
Hazırda avtomobil rəsmi servisdə qeydiyyatdadır və rəsmi zəmanəti qüvvədədir. Avtomobil qəzasızdır, heç bir vuruğu və ya rənglənmiş hissəsi yoxdur.
Avtomobilin ön hissəsi, ön dayaqlara (stoykalara) qədər, orijinal XPEL qoruyucu plyonka ilə örtülüb.
Təkərlər təzə dəyişilib.
Avtomobilə hər zaman diqqətlə qulluq olunub və ideal vəziyyətdə saxlanılıb.
Avtomobil nömrəsiz satılır və alıcı tərəfindən mütləq öz adına rəsmiləşdirilməlidir.