Avtomobil şəxsi istifadəmdədir, çox səliqəli və baxımlı saxlanılıb. İndiyədək cəmi 2 sahibi olub və hər iki sahibi xanım sürücü olub. Avtomobil sakit və səliqəli istifadə edilib.
Ciddi vuruğu olmayıb. Yalnız sol qapıda cızıq olduğuna görə yüngül kosmetik rənglənib, qalan bütün detallar zavod rəngindədir.
Texniki qulluq daim vaxtında aparılıb. Xadavoy tam yenilənib, karobka isə 6 ay əvvəl sıfırdan tam yığılıb. Hazırda mühərrik, karobka və yürüş hissəsində heç bir problem yoxdur.
Təkərlər yeni DUNLOP-dur. Avtomobili 2 il əvvəl alanda salonuna tam ximçistka, kuzovuna isə 3 qat keramika etdirmişəm. Salon və kuzov çox səliqəli vəziyyətdədir.
Alıb rahat sürüləsi, əlavə xərc tələb etməyən avtomobildir. İstənilən servisdə yoxlatdırmaq olar. Real alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq mümkündür.