Toyota Land Cruiser Prado 2.7, 2015-ci il.
Avtomobil 0 km-dən etibarən mənim şəxsi istifadəm olub. Bir sahib tərəfindən idarə olunub. Hazırda yürüşü 285.000 km-dir.
Avtomobil qəzasızdır — heç bir ciddi qəza və ya ДТП olmayıb. Kuzovda qəza izi yoxdur. Avtomobilə daim vaxtında qulluq olunub və texniki baxışları servisdə həyata keçirilib.
Xarici görünüşü 2023–2024 model üslubunda yenilənib. Ön hissə, optika, kapot, radiator barmaqlığı və digər elementlər yenilənərək müasir görünüş verilib. Əlavə olaraq zövqə uyğun yüngül tuning işləri görülüb. Prado öz zövqümə uyğun yığıldığı üçün standart modellərdən fərqlənir və çox baxımlı görünüşə malikdir.
Texniki vəziyyəti çox yaxşıdır:
• Mühərrik ideal vəziyyətdədir;
• Sürətlər qutusu ideal işləyir;
• Xodovoy yaxşı vəziyyətdədir;
• Bütün funksiyalar işlək vəziyyətdədir;
• Heç bir ciddi texniki problemi yoxdur;
• Vaxtında və mütəmadi servis olunub.
Yanacaq sərfiyyatı normal sürüş zamanı təxminən 10–11 litr / 100 km-dir. Sərfiyyat sürüş tərzinə və yol şəraitinə görə dəyişə bilər.
Təkərlər yenidir — Dunlop.
Maşın şəxsi istifadə olunub, baxımlı saxlanılıb və uzun müddət problemsiz şəkildə istifadə edilib. Satış səbəbi avtomobildə problem olması deyil, sadəcə başqa avtomobilə keçmək istəyirəm.
Real alıcı avtomobili istənilən servisdə yoxlada bilər.