Salam, maşın ideal vəziyyətdədir. Təmiz, səliqəli və baxımlı 2012 Honda Accord axtaranlar üçün əsl fürsətdir.
Mühərrik və Sürətlər Qutusu: Əfsanəvi 2.4 litrlik K24 motoru saat kimi işləyir. Karobkası (klassik avtomat) gecikməsiz, vurmasız keçir – yağı vaxtında dəyişilib.
Salon və Komfort: Salonu səliqəli parça salondur, yırtığı-söküyü yoxdur. Kondisioneri buz kimi vurur. Lyuku, arxa kamerası, işıq sensoru, mərkəzi qapanması – hər bir funksiyası işlək vəziyyətdədir.
Xadavoy və Alt hissə: Altı, xadavoyu tam saz vəziyyətdədir, heç bir artıq səs-küyü yoxdur. Təkərləri yaxşı vəziyyətdədir.
Ümumi Vəziyyət: Otur sür maşındır, heç bir əlavə xərc tələb etmir. Daim qulluq olunub, özünə sağlam Accord istəyən əlaqə saxlasın. Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar