Kia K5 2.0 sadə motor. Koreyadan özüm tərəfindən 2 il əvvəl gətizdirilib. Gələndə bezkraska gəlib, Bakıda qapılar cızılıb və rənglənib, cızığın şəkilləri var. Vuruq, qəza qətiyyən olmayıb. Maşın sakit sürülüb, heç bir problemi olmayıb. Yağı, suyu, bütün rutin qulluqları Kia Servisdə görülüb, qeydləri var.
Maşında hal-hazırda heç bir problem yoxdur, oturacaq isitmə-soyutma, arxa kamera, Android Auto, Apple Car Play, rejimlər daxil olmaqla bütün funksiyalar işlək vəziyyətdədir. Rahatlıqla yoxlatdıra bilərsiniz. İş saatlarında Port Baku yaxınlığında, qeyri-iş saatlarında Qara Qarayevdə olur maşın.
QEYD: Qiyməti 20-25 min manat aralığında olan maşınlarla üstündə pul almaq şərtli barter təkliflərinə açığam.