Şəxsi istifadə etdiyim maşındır. Şəhər üçün çox rahat, çevik və qənaətcil avtomobildir. Rahat park etmək olur. 4 ildir mən sürürəm. 3cü sahibəsiyəm. Maşının texniki vəziyyətinə vaxtında diqqət etmişəm və son dövrdə bir sıra yenilənmələr və texniki işlər görülüb. Təkərlər yenidir. Texniki baxış və sığorta bir ay heç olmayıb keçirilib. Akkumulyator yenidir. Sadəcə ön bufer olduğu kimi saxladım rənglənməlidir. Yağı hər dəfə 5000 km belə sürülmədən dəyişilib. Rəngi günəşdən saralmayıb ancaq qarajda saxlanılıb. Yanacaq sərfiyatı əladır. Məni heç yorub incitməyib.
Real alıcı ilə avtomobilə yerində baxış keçirmək mümkündür. Xahiş edirəm, ciddi maraqlanan şəxslər əlaqə saxlasın.