???? FULL VERSİYADIR
✨ Digərlərindən fərqli olaraq, açılan lyuk, Head-Up Display (ön şüşədə sürət, zolaq kimi məlumatların görünməsi və aşağıdakı xüsusiyyətlər):
.
.
???? MƏNŞƏYİ
???? 2023-ün dekabrında Çində birbaşa mənbəsindən özüm üçün sifariş etmişəm (müqaviləm, bank köçürməm, gömrük sənədlərim var). İstehsal ili 2023-ün axırı olsa da, 2024-dən istifadə oluna bilib.
.
.
???? BATAREYA
???? Batareyanın uzunömürlülüyü üçün daim ev enerjisi ilə doldurulub və 20%-dən az, 80%-dən çox şarj edilməyib. Ona görə, batareya ideal vəziyyətdədir: 99%.
.
.
???? VƏZİYYƏTİ
✅ Nə salon və oturacaqlarda, nə də çöldə 1 cızıq belə yoxdur. Şəkildə də göründüyü kimi, daim qaraj şəraitində saxlanılıb.
.
.
????️ DİGƏR XÜSUSİYYƏTLƏR:
1. ????️ Məsafədən işə salınan isti/soyuq kondisioner (➕️ oturacaqlar və sükanın qızdırılması)
2. ????️ Özü avtomatik parkinq edə bilir
3. ???? Ön oturacaqlarda masaj funksiyası
4. ???? Əyləcə basmaqla maşını işə salmaq olur (əlavə: Start-Stop düyməsi)
5. ???? Baqajın ayaq jesti ilə açılması
6. ???? Maneə gördükdə özü dayanır (Adaptiv kruiz kontrol - ACC)
7. ???? Rəqs edən ön və arxa faralar (maşına yaxınlaşanda/uzaqlaşanda)
8. ???? Sükan dönən tərəfə faralar da dönür (Matrix LED - adaptiv işıq / AFS)
9. ????️ Sükan özü zolağa uyğun dönür
10. ✋ Auto Hold (tıxacda özü dayanır, qazı basmaqla maşın hərəkətə keçir)
11. ???? Avtomatik uzaq/yaxın keçid edən işıqlar (rayon yollarında idealdır)
12. ???? Qapıların 4 fərqli yerində işıq ➕️ ayaqaltında işıq və qapı açılarkən asfalta vuran işıqlar
13. ???? CarPlay (tel.dəki App-lar monitorda)
14. ???? Baqajın altında 2 əlavə gizli baqaj
15. ???? ISOFIX oturacaq (uşaq üçün)
16. ???? Naqilsiz telefon şarjı ➕️ öndə-arxada 4 USB (type-c) giriş
17. ???? 360° kamera ➕️ kor zonaya nəzarət
18. ????️ Ön şüşə su püskürtücünün (forsunka) qızdırılması, yan güzgülərin yağış-buza qarşı qızdırılması + şüşəsilənin yağış sensoru
19. ????️ Sensorlu multifunksional dəri sükan
.
.
???????? ALMAN BRENDİ REYTİNQİNİ HƏR YERDƏ QORUYUR:
1. ???? C-NCAP 5 ulduz və C-IASI Good (yəni, ən yüksək) təhlükəsizlik reytinqi
2. ????️ Batareya əlavə 197 təhlükəsizlik testindən keçib, halbuki istehsal olunan maşınlar sadəcə 18 test yoxlanışından keçib, satışına icazə verilir.
3. ????️ BMS ağıllı batareya idarəetmə sistemi, -30 °C / +55 °C dərəcədə işləyir
4. ???? Tam batareya ilə göstərir ki, 600 km məsafə qət edə bilir (yəqin ki, maşın boş olanda), lakin reallıqda "B" rejimi ilə 450-500 km qət edir.
.
.
???? HƏDİYYƏ VERİLİR (əlavə quraşdırdığım avadanlıqlar):
1. ???? Salon daxili kabelləşdirməli ön-arxa təhlükəsizlik kamerası
2. ???? Evdə şarj üçün adapter
3. ☔ Pəncərələr üçün yağışlıq
4. ???? Ayaqaltılar plyonkalanıb
5. ????️ Baqaj üçün rezin
6. ???? Faralar çınqıldan qorunması üçün plyonkalanıb
7. ????️ Arxa pəncərələr və baqaj qara plyonkalanıb (keyfiyyətli - termal görünüşlü)