Chevrolet Captiva (SERVİS) — FULL Komplektasiya
Avtomobil demək olar ki, YENİDİR və tamamilə ideal vəziyyətdədir. Şəxsi avtomobilimdir, vasitəçi deyiləm.
Yürüş: 22 232 km (100% Orijinal, istənilən yerdə yoxlatmaq mümkündür)
Vəziyyəti: Bezkraska! (Heç bir detalına rəng dəyməyib, vuruğu-udarı yoxdur)
Alış: Rəsmi distribütor "Performance Center"dən alınıb və orada qeydiyyatdadır. Bütün dövri qulluqları vaxtı-vaxtında olunub. Heç bir xərc tələb etmir.
Saxlanma: Qaraj şəraitində saxlanılır, ikinci maşın kimi çox səliqəli və yalnız şəhər daxilində sürülüb.
Texniki Göstəricilər:
Buraxılış ili: 2015 (Alış: 2016-cı il rəsmi servis)
Mühərrik və Sürət qutusu: 2.4 L (Sadə və dözümlü mühərrik, Aİ-92 benzinlə problemsiz işləyir) / Sadə avtomat transmissiya
Ötürücü və Tutum: Tam ötürücü (AWD) / 7 yerlik (Geniş ailə üçün ideal)
Sənədlər: İcbari sığortası və texniki baxışı mövcuddur.
Təchizat və Funksiyalar:
Açarsız daxil olma (Keyless go), Ön oturacaqların isidilməsi, Arxa və ön parktroniklər, Arxa görüntü kamerası, Güzgülərin avtomatik qatlanması, 2 zonalı klimat-kontrol sistemi, Ön faraların avtomatik yuyulması, Bluetooth, USB və AUX qoşulma imkanları.
Avtomobilin salonunun bir neçə yerlərində o cümlədən sürətlər panelinin üzərində zavod istehsalı pyonkaları qalmaqdadır.
Satış Şərtləri:
Satmaqda tələsmirəm. Real alıcı ilə avtomobilə yerində baxıldıqdan sonra qiymətdə endirim müzakirə oluna bilər. Sürülmədiyi üçün satıram. Telefonla qiymət sövdələşməsi aparılmır.