BMW sevənlər bilir, E53 kuzanın öz yeri var. Maşın M57 dizel mühərrik və avtomat karobka ilədir.
Mühərrik sonradan dəyişdirilib. Texpasportunda motor nömrə yeri boşdur!Bunu elanda gizlətmirəm ki, sonradan söz-söhbət olmasın. Maşını özüm istifadə etmişəm, vəziyyətini də olduğu kimi deyirəm.
Kuzası yaşına görə əla vəziyyətdədir, salonu səliqəlidir. Mühərrik və karobka işlək vəziyyətdədir. Maşına gəlib yerində baxmaq, sürmək, ustaya və kompyuter diaqnostikasına göstərmək tam sərbəstdir.
Hazırda istifadə olunmadığı üçün həyətdə saxlanılır və sığortası bitib.
Bu maşın “min sür, heç bir xərc çıxarmayacaq” deyə satılan maşın deyil — 26 yaşlı E53-dür. Amma düzgün baxıldıqda hələ də çox zövqlə sürülən, komfortlu və xarakterli maşındır.
Maraqlanan ciddi alıcı gəlib baxsın, bəyənsə, xərcini də bacardığım qədər nəzərə alacam, qiymətini də maşının yanında danışarıq, telefonda qiymət soruşmayın mümkünsə!
Barter variantlarına da baxılır.Nömrəsiz satılır!