Ailədə ikinci avtomobil kimi istifadə edilib, səliqəli və baxımlı saxlanılıb. Avtomobilin bütün texniki qulluq və xidmətləri vaxtında həyata keçirilib. 100 000 km yürüşdə nəzərdə tutulan bütün servis işləri tam görülüb.
Komfort və funksionallıq üçün əlavə olaraq:
* Zavod monitoru dəyişdirilmədən, orijinal görünüş qorunmaqla Apple CarPlay bloku quraşdırılıb.
* Avtomobilin 360° kamera sistemi daha yeni nəsil kamera sistemi ilə əvəz olunub. Görüntü keyfiyyəti və istifadə rahatlığı xeyli yaxşılaşıb.
Avtomobil şəxsi istifadə üçün saxlanılıb, satış məqsədilə alınıb-satılan maşın olmayıb. Real alıcıya avtomobilin yanında ətraflı məlumat veriləcək.
Baxımlı, komfortlu və əlavə xərc tələb etməyən avtomobil axtaranlar üçün yaxşı seçimdir.
Ciddi şəxslərin əlaqə saxlaması xahiş olunur.