Kawasaki Ninja 400cc 2013
Motosiklet çox yaxşı vəziyyətdədir. İdarə etdiyim müddətdə bir dəfə də olsun aşırma və ya vuruq olmayıb. Qaraj şəraitində saxlanılır və bütün baxım işləri vaxtlı-vaxtında görülür. 2 silindrlidir, ABS mövcuddur. Motonu alanda satmağı fikirləşmirdim, ancaq nəzərdə tutmadığım maddi problemlərlə əlaqədar motomu da, avtomobilimi də satmaq məcburiyyətində qalmışam. Real alıcı ilə motosikletin yanında müəyyən endirimlə razılığa gələ biləcəyik. Üzərində nömrə veriləcək, əlavə nömrə üçün xərciniz çıxmayacaq. Həmçinin 1 yaşıl helmet və 1 normal olmaqla 2 ədəd kask da veriləcək.