Avtomobil 2012-ci ildə rəsmi servisdən alınıb və ailə maşını kimi istifadə olunub. Səliqəli sürülüb və yaxşı vəziyyətdə saxlanılıb. Son 1 ildə ikinci avtomobil olduğu üçün çox az istifadə edilir. Salon səliqəlidir, bütün funksiyalar işlək vəziyyətdədir. Bort kompüterində heç bir xəbərdarlıq işığı yanmır.
Sürətlər qutusunda mexatroniklə bağlı problem var, avtomobil yerindən götürülərkən bəzən silkələnmə hiss olunur. Qüsur barədə məlumat verilir və təmir xərci qiymətdə nəzərə alınacaq.
Real alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq olar.