Maşın təcili olmadan satılır. Texniki tərəfi əla vəziyyətdədir, heç bir ciddi problemi yoxdur, otur sür maşındır.
Mühərrik və karobka ideal işləyir. Yağ dəyişməsi ancaq Ravenol FDS 5W-30 ilə olunub.Karobka, Razdatka və Reduktor yağı yeni dəyişilib, 4x4 tam işləkdir. Motorun sveçaları təzə dəyişilib, original Denso (1 ədədi 28 manata alınıb). Əyləc sisteminə təzə Brembo əyləc mayesi vurulub. 4 ədəd yeni Michelin təkərləri qoyulub
Duman işığlarına BiLed quraşdırılıb, cəriməsi yoxdur.
İşlərdən ancaq karobkanın paduşkası dəyişilməlidir və cüzi kosmetik xərci var. Buna görə də real alıcıya maşının yanında qiymətdə endirim edəcəm.
Salonu səliqəlidir, bütün elektronikası işləyir.