BMW 528i (F10) – 2014 – İdeal Vəziyyətdə!
Avtomobil tam saz vəziyyətdədir, qətiyyən heç bir xərc tələb etmir və tam olaraq "otur-sür" maşındır. Texpasportla 2014-cü ildir. Zavod 2.0 L Benzin mühərrik (Amerikanka).
Yürüş : 190.000 km (Orijinal).
Bu yürüş əsasən trasda edilib. Şəhər içi tıxaclarda qalmış, mühərriki yorulmuş maşınlarla bir tutmayın!
Maşına çox ehtiyatla və vaxtı-vaxtında qulluq olunub. Mühərrikə daim yalnız bahalı və keyfiyyətli yağ tökülüb.
Avtomobildə görülən işlər və yeniliklər:
Mühərrikin sepi və başmaqları yenilənib.
Mühərrikin üst qapağı dəyişdirilib.
Mühərrik yastıqları (paduşkalar) yenisi ilə əvəz olunub.
Xodovoy sistemi tamamilə yeni yığılıb, heç bir səs yoxdur.
Bütün lazımi rasxodniklər vaxtında dəyişdirilib.
Üzərində təp-təzə təkərlər var.
Orijinal "M" sükan quraşdırılıb.
Avtomobilə istənilən yerdə, istədiyiniz servisdə baxış keçirə bilərsiniz. Maşına özüm cavabdehəm, heç bir gizli problemi yoxdur. Real alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq olar.